"prezident kuboku-2025": azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

mingəçevir, 1 may, arhd.media


ümummilli lider heydər əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "prezident kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.

arhd.media xəbər verir ki, mingəçevirdə yerləşən "kür” olimpiya tədris-idman mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.

günün ilk yarışında əlimurad hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. eyni məsafəyə əlimurad hacızadə (2009-2010) ilə mustafa vəlizadə/elmir tarverdiyev (2011-2012) cütü ikinci, sənan cəfərzadə/tahir mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. nurlan paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.

turnirin ilk günündə azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.

qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.

Baxış sayı: 4 514

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə