quba, 8 may, arhd.media
azərbaycan basketbol liqasında final seriyasının növbəti oyunu keçirilib.
arhd.media xəbər verir ki, “neftçi” və “sabah” komandaları dördüncü matçda üz-üzə gəlib. bakı idman sarayında təşkil olunan qarşılaşma "ağ-qaralar"ın 84:66 hesablı qələbəsi ilə yekunlaşıb. hazırda seriyada bərabərlik var - 2:2
beşinci görüş mayın 11-nə təşkil olunacaq.
qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.
























