bakı, 14 may, arhd.media
azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
arhd.media affa-nın rəsmi saytına istinadən xəbər verir ki, d qrupunun ii turu çərçivəsində sentyabrın 9-da bakıda təşkil olunacaq görüş tofiq bəhramov adına respublika stadionunda oynanılacaq.
matç saat 20:00-da başlayacaq.






















