bakı, 14 may, arhd.media
basketbol üzrə azərbaycan çempionatında mükafatlandırma mərasimi olub.
arhd.media xəbər verir ki, bakı idman sarayında təşkil olunan tədbirdə ardıcıl üçüncü dəfə ölkə çempionluğunu təmin etmiş “sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.
ikinci yeri tutmuş "neftçi"yə gümüş mükafatlar verilib.
mükafatları komandalara azərbaycan basketbol federasiyasının (abf) prezidenti emin əmrullayev, vitse-prezident fərrux mahmudov və idman direktoru turqay zeytingöz təqdim ediblər.
sonda “sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.



























