bakı, 2 iyun, arhd.media
azərbaycanın akrobatika gimnastları dünya kubokunda 3 gümüş medal qazanıblar
akrobatika gimnastikası üzrə azərbaycan millisinin üzvləri bolqarıstanın burqas şəhərində keçirilən dünya kubokunda üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.
gimnastika federasiyasından arhd.media-a bildirilib ki, qarışıq cütlükdə sabir ağayev və milana əliyeva, kişi cütlüyündə murad rəfiyevlə daniel abbasov gümüş medala sahib çıxıblar.
abdulla əl-məşayxi, seymur cəfərov, riad səfərov və rəsul seyidlidən ibarət kişi qrupu da eyni nəticəyə imza ataraq fəxri kürsünün ikinci pilləsində yer alıb.






















