bakı, 18 iyun, arhd.media
azərbaycan idman akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb
azərbaycan idman akademiyası (asa) ilk dəfə “times higher education impact rankings 2025” beynəlxalq reytinq cədvəlində yer alıb.
asa-dan arhd.media-a verilən məlumata görə, reytinqdə ali təhsil müəssisələrinin dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyətləri qiymətləndirilir.
akademiya “səhiyyə və rifah” kateqoriyasında 801–1000, “bərabərsizliyin azaldılması” üzrə isə 1001+ aralığında reytinqə daxil olaraq bu istiqamətlərdə fəaliyyətini nümayiş etdirib. asa ölkə üzrə bu reytinqdə təmsil olunan 25 ali təhsil müəssisəsi arasında 9-cu, dünya üzrə isə 1501+ yerdə qərarlaşıb.
asa “keyfiyyətli təhsil” və “məqsədlər üçün tərəfdaşlıq” istiqamətləri üzrə də müvafiq olaraq 1501+ aralığında bu sahələrdə də öz mövcudluğunu təsdiqləyib.
qeyd edək ki, “times higher education impact rankings” ali təhsil müəssisələrinin bmt-nin dayanıqlı inkişaf məqsədlərinə töhfəsini ölçən qlobal reytinq sistemidir.






















