bakı, 4 avqust, arhd.media
konfrans liqası: “sabah” və “araz-naxçıvan”ın potensial rəqibləri məlum olub
uefa konfrans liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
arhd.media xəbər verir ki, isveçrənin nyon şəhərində təşkil olunan tədbirdə "sabah" və "araz-naxçıvan" klublarının da mümkün rəqibləri müəyyənləşib.
bakı klubu iii təsnifat mərhələsində bolqarıstanın "levski" komandasını üstələyəcəyi halda, az alkmaar (niderland) – “vaduts” (lixtenşteyn) cütünün qalibi ilə ilə üz-üzə gələcək.
naxçıvan təmsilçisi isə iii raundda kiprin "omoniya" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə paok (yunanıstan) – “volfsberq” (avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə 28-də keçiriləcək.























