
bu gecə uefa çempionlar liqasında liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
arhd.media xəbər verir ki, azərbaycan çempionu “qarabağ” səfərdə bilbao “atletik”i ilə qarşılaşıb.
ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.
1-ci turda “benfika”ya, 2-ci turda isə “kopenhagen”ə qalib gələn qurban qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.
xatırladaq ki, çl-in liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.



























