uefa çempionlar liqasının əsas mərhələsində keçiriləcək “qarabağ” – “çelsi” (ingiltərə) oyununun biletləri satışa çıxıb.
arhd.media xəbər verir ki, satışa saat 15:00-da start verilib.
standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, vip sektorlar üçün 200, 250, 300 və 400 manat, vvip sektorlar üçün 1000 manatdır.
biletlər yalnız iticket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
qeyd edək ki, noyabrın 5-də tofiq bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.























