beynəlxalq dərəcəli hakim-inspektor babək quliyev uefa-dan növbəti dəfə təyinat alıb.
arhd.media xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək türkiyə-ukrayna görüşünün hakim-inspektoru olacaq.
h qrupunun qarşılaşması istanbul şəhərində yerləşən “kasımpaşa recep tayyip erdoğan” stadionunda baş tutacaq.






















