azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar

bakı, 10 fevral,  arhd.media


azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar


xorvatiyanın zaqreb şəhərində keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

arhd.media xəbər verir ki, son yarış günündə yunan-roma güləşi üzrə azərbaycan millisinin 11 üzvü xalçaya çıxıb, onlardan 5-i fəxri kürsüyə qalxıb.

elmir əliyev (55 kiloqram) a qrupunda iranlı mehdi əhədiyə (6:3), özbəkistanlı jasurbek ortikboyevə (10:5) və sinqapurlu aleksandr kuevasa (8:0) qalib gəlib. qrup birincisi yarımfinala yüksələn əliyev amerikalı bredi kuntsu da üstələyib – 5:0. elmir finalda yenidən əhədi ilə qarşılaşıb və inamlı qələbə ilə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

60 kiloqramda ölkəmizi 3 güləşçi təmsil edib. yuxarı çəkidə çıxış edən eldəniz əzizli startda özbəkistanlı mehrac bəhramovla bacarmayıb – 0:9. nihat məmmədli israilli melkamu feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda bəhramova 6:11 hesabı ilə məğlub olub. hüseyn qəribov debütdə serbiyalı georgi tibilova uduzub – 0:6. o, təsəlliverici görüşdə israilli abere feteneni üstələyib – 4:1. ancaq bürünc medal uğrunda mübarizədə iranlı puya naserpura yenilib – 1:9.

ülvü qənizadə (72 kiloqram) ilk mərhələdə çexiyalı denis mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. onunla eyni çəkidə çıxış edən ruslan nurullayev debütdə macarıstanlı levente levaya 1:4 hesabı ilə məğlub olub. o, təsəlliverici görüşdə finlandiyalı matias lipastiyə şans verməyib – 11:0. iranlı olimpiya və dünya çempionu mohammadreza gerayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün ruslan üçüncü yeri tutub.

qurban qurbanov (82 kiloqram) serbiyalı uroş leçiç (8:0) və belaruslu ilya bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. o, yarımfinalda iranlı qolamreza faroxinsenjaniyə uduzub – 3:11. qurban rumıniyalı vasile koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medalı boynundan asıb.

arif niftullayev (97 kiloqram) niderlandlı tirone sterkenburqu 3:2 hesabı ilə üstələsə də, 1/8 finalda iranlı şayan habibzareyə uduzub – 0:8. bu çəkidəki digər təmsilçimiz murad əhmədiyev rusiyalı maqomed murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra belaruslu abubakr xaslaxanova uduzub – 2:12. o, təsəlliverici görüşdə iranlı hamidreza badkanı məyus edib – 5:4. murad üçüncülük üçün habibzareylə güləşib və 6:3 hesablı qələbə ilə bürünc medala sahib çıxıb.

beka kandelaki (130 kiloqram) macarıstan güləşçilərinə – dariuş viteklə (9:0) laslo darabosa (8:2) qalib gəlib. o, yarımfinalda finlandiyalı konsta maeenpaeyə məğlub olub – 3:4. beka bürünc medal görüşündə isə rusiyalı marat kamparova yenilib – 2:3. ən ağır çəkidəki digər milli üzvü sərxan məmmədov çexiyalı artur sarkisyanla amerikalı kourtney frimanı 3:1 hesabı ilə üstələyib. o, yarımfinalda iranlı əliəkbər yusifəhmədxaliyə uduzub – 1:9. sərxan macarıstanlı koppani laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

beləliklə, son yarış günündə azərbaycan güləşçiləri 1 qızıl və 4 bürünc medal qazanıblar.

Baxış sayı: 2 317

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə