misli premyer liqasında xii turun daha iki oyunu bu gün keçiriləcək.
arhd.media -ın məlumatına görə, günün ilk matçında "turan tovuz" "araz-naxçıvan"la üz-üzə gələcək.
qarşılaşma saat 15:00-da start götürəcək. tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.
günün ikinci görüşündə "qəbələ" "zirə"nin qonağı olacaq. bu oyun saat 17:30-da başlayacaq. "qartallar" 20 xalla 5-ci, qonaqlar 5 xalla 11-ci sıradadır.
misli premyer liqası
ii dövrə, xii tur
22 noyabr
15:00. "araz-naxçıvan" - "turan tovuz"
hakimlər: rəvan həmzəzadə, cəmil quliyev, gülnurə əkbərzadə, emin əliyev.
var: rəşad əhmədov.
avar: vüqar həsənli.
hakim-inspektor: ömər paşayev.
affa nümayəndəsi: eldar məmmədov.
"liv bona dea arena"
17:30. "zirə" - "qəbələ"
hakimlər: elvin bayramov, rahil ramazanov, şirmamed mamedov, əli əliyev.
var: nicat ismayıllı.
avar: vüsal məmmədov.
hakim-inspektor: anar salmanov.
affa nümayəndəsi: yavər rəhimov.
zirə idman kompleksinin stadionu
qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. ötən gün "kəpəz" səfərdə "karvan-yevlax"ı (2:1), "qarabağ"ı isə "sumqayıt"ı (4:2) məğlub edib.























