"inter mayami" komandasının futbolçuları jordi alba və serxio buskets peşəkar karyeralarını başa vurublar.
arhd.media championat.com-a istinadən xəbər verir ki, bu, komandanın mls kubokunun finalında "vankuver uaytkeps"i 3:1 hesabı ilə məğlub edərək çempion titulunu qazanmasından sonra baş verib.
2008-ci ildə karyerasına başlayan buskets 2023-cü ilə kimi "barselona"da oynayıb. həmin ilin yayında "inter mayami" ilə müqavilə imzalayıb. o, klub səviyyəsində 840 oyun keçirib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.
"barselona" və "valensiya" akademiyalarının yetirməsi olan alba hər iki klubun böyüklər komandasında oynayıb. müdafiəçi 2023-cü ildən bəri "inter mayami"də çıxış edib. o, klub səviyyəsində 708 matça çıxıb, 52 qol vurub və 135 məhsuldar ötürmə ilə yadda qalıb.























