futbol üzrə misir və nigeriya milli komandaları afrika millətlər kubokunda 1/4 finala yüksəlib.
arhd.media -ın məlumatına görə, turnir mərakeşdə keçirilir.
1/8 finalda misir əlavə vaxtdan sonra benini 3:1 hesabı ilə məğlub edib. belə ki, əsas vaxt 1-1 bitib.
nigeriya mozambiki 4:0 hesabı ilə məğlub edib. misir 1/4 finalda fil dişi sahili - burkina faso matçının qalibi ilə oynayacaq. nigeriya isə əlcəzair - konqo dr matçının qalibi ilə qarşılaşacaq.
bundan əvvəl mali, seneqal, kamerun və mərakeş afrika millətlər kubokunda 1/4 finala yüksəlib. 1/4 final görüşləri yanvarın 9 və 10-da keçiriləcək. final yanvarın 18-də keçiriləcək. turnirin hazırkı qalibi fil dişi sahili komandasıdır.























