bu gün futbol üzrə ispaniya superkubokunda final oyunu keçirilib.
“arhd.media” xəbər verir ki, həlledici qarşılaşmada “barselona” və “real madrid” komandaları üz-üzə gəlib.
səudiyyə ərəbistanının ciddə şəhərindəki “kral abdulla sports siti” stadionunda baş tutan oyunda “barselona” “real”a 3:2 hesabı ilə qalib gələrək superkuboka sahib çıxıb.
“barselona” - “real” 3:2
qollar: rafinya, 36, 73, levandovski, 45+1 - vinisius, 45+2, qarsiya, 45+6























