“qarabağ” bu gün çempionlar liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
“arhd.media” xəbər verir ki, ağdam klubu əsas mərhələnin 8-ci turunda “liverpul”la qarşılaşacaq.
matç məşhur “enfild roud” stadionunda baş tutacaq. ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. lakin azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.
uefa çempionlar liqası liqa mərhələsi
8-ci tur
29 yanvar 00:00.
“liverpul” – “qarabağ”
baş hakim: ivan krujlyak (slovakiya).
liverpul. “enfild roud” stadionu.
***
komandaların start heyətləri açıqlanıb:
“qarabağ”: mateuş koxalski, mateus silva, marko yankoviç, abdullah zubir (k), joni montiel, bəhlul mustafazadə, leandro andrade, kamilo duran, pedro bikalyo, elvin cəfərquliyev, kevin medina.
“liverpul”: alisson beker, ceremi frimponq, rayan qravenberx, virdcil van deyk (k), robertson, florian virts, aleksis makallister, dominik soboslai, məhəmməd salah, yoqo ekitike, kadi qakpo.























