ingiltərənin “nyukasl” klubu bakı ilə bağlı yenidən paylaşım edib.
“arhd.media” xəbər verir ki, paylaşıma bu sözlər yazılıb:
“indiyədək ən uzun səfərimiz. bizim avropa yarışında ən böyükhesablı qələbəmiz”.
xatırladaq ki, fevralın 18-də bakıda “qarabağ”a qarşı keçirilmiş uefa çempionlar liqasının pley-off mərhələsinin oyununda “nyukasl” 6:1 hesabı ilə qələbə qazanıb. cavab matçı fevralın 24-də ingiltərədə keçiriləcək.
həmin paylaşımı təqdim edirik:























