affa “qarabağ”ı 8700 manat cərimələyib.
“arhd.media” xəbər verir ki, bu barədə qurumun intizam komitəsinin iclasında qərar qəbul olunub.
həmçinin həmin gün baş tutan “qarabağ” – “sabah” qarşılaşmasında ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.
bundan əlavə, "qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.






















