affa intizam komitəsi milsi premyer liqasının 22-ci turunda keçirilən “qarabağ” – “sabah” oyununda baş verən dava ilə bağlı cəzaları açıqlayıb.
“arhd.media” xəbər verir ki, federasiya “qarabağ”ın 2 məşqçisi – müşfiq hüseynov və zaur tağızadəyə 6 oyunluq cəza verib.
həmçinin ağdam klubu 12 min manat cərimə olunub.






















