“barselona”nın prezidenti postuna seçkilər keçirilib.
“arhd.media” xəbər verir ki, post uğrunda xuan laporta və viktor fontu mübarizə aparıb.
xuan laporta rəqibini böyük fərqlə qabaqlayaraq yenidən “barselona”nın prezidenti olub. o, daha 5 il katalon klubuna rəhbərlik edəcək.
qeyd edək ki, laporta daha əvvəl 2003–2010 və 2021–2026-cı illərdə “barselona”ya rəhbərlik edib.























