2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək 48 komandanın tam tərkibi bəlli olub.
arhd.media xəbər verir ki, mundiala son vəsiqələri qitələrarası pley-off mərhələsinin qalibləri konqo demokratik respublikası (dr) və iraq milliləri əldə ediblər.
onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq yamayka və boliviyanı məğlub ediblər. konqo dr yamaykaya 1:0, iraq isə boliviyaya 2:1 hesabı ilə qalib gəlib.
beləliklə, mundialın qrup mərhələsinin tərkibi belə müəyyənləşib:
a qrupu: meksika, cənubi koreya, cənubi afrika respublikası, çexiya
b qrupu: kanada, isveçrə, qətər, bosniya və herseqovina
c qrupu: braziliya, mərakeş, şotlandiya, haiti
d qrupu: abş, avstraliya, paraqvay, türkiyə
e qrupu: almaniya, ekvador, kot-d`ivuar, kürasao
f qrupu: niderland, yaponiya, tunis, isveç
g qrupu: belçika, iran, misir, yeni zelandiya
h qrupu: ispaniya, uruqvay, səudiyyə ərəbistanı, kabo verde
i qrupu: fransa, seneqal, norveç, iraq
j qrupu: argentina, avstriya, əlcəzair, iordaniya
k qrupu: portuqaliya, kolumbiya, özbəkistan, konqo demokratik respublikası
l qrupu: ingiltərə, xorvatiya, panama, qana
qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda abş, meksika və kanadada keçiriləcək.






















