bu gün uefa çempionlar liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
“arhd.media” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
hər iki görüş bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
ispaniyadakı ilk matçda “bavariya”ya 1:2 hesabı ilə uduzan “real madrid” almaniyada çətin səfər oyununa çıxacaq.
digər görüş isə ingiltərədə “arsenal” və portuqaliya “sportinq”i arasında olacaq. lissabondakı birinci oyunda london klubu 1:0 hesablı qələbə qazanıb.
qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra ispaniyanın “atletiko madrid” və fransanın psj klubları yarımfinala vəsiqə əldə ediblər.























