ingiltərənin “kristal pelas” klubu uefa konfrans liqasının final matçında ispaniya təmsilçisi “rayo valyekano”nu 1-0 hesabı ilə məğlub edərək tarixinin ilk avropa kubokunu qazanıb.


“arhd.media” xəbər verir ki, bu qələbə sayəsində london təmsilçisi həm də növbəti mövsüm üçün uefa avropa liqasına birbaşa vəsiqəni rəsmiləşdirib.


qeyd edək ki, bu uğur “kristal pelas” üçün həm də tarixi bir revanş xarakteri daşıyır. belə ki, komanda avropa arenalarında ilk debütünü 1998-ci ildə uefa intertoto kubokunda etmişdi. həmin vaxt ingiltərə təmsilçisi turnirin 3-cü mərhələsində türkiyənin “samsunspor” klubuna hər iki oyunda eyni – 2:0 hesabı ilə uduzaraq avropa macərasına erkən vida etmişdi.


məlumat üçün qeyd edək ki, londonlular ötən il “fa cup” kubokunun da sahibi olmuşdular.

 

Baxış sayı: 3 329

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə