futbol üzrə dünya çempionatının 1930-cu ildə keçirilməsindən bəri kuboku yalnız səkkiz ölkə qazanmağı bacarıb.
“arhd.media” xəbər verir ki, 2022-ci il də daxil olmaqla, keçirilən 22 dünya çempionatında ən çox çempionluq yaşayan komanda braziliyadır.
cənubi amerika təmsilçisi beş dəfə dünya çempionu olub. almaniya və italiya isə hərəyə dörd dəfə kuboku başı üzərinə qaldırıblar.
argentina üç, fransa və uruqvay iki, ingiltərə və ispaniya isə bir dəfə dünya çempionu adını qazanıb.
bugünədək çempionatın qalibi olan ölkələrin beşi avropadan, üçü isə cənubi amerikadandır. digər qitələrdən heç bir komanda dünya çempionu ola bilməyib.
dünya çempionatı tarixində finala yüksəlib heç vaxt məğlub olmayan komandalar uruqvay, ingiltərə və ispaniyadır. uruqvay iki finalın hər ikisində, ingiltərə və ispaniya isə çıxdıqları yeganə finalda qələbə qazanıblar.
dünya çempionatı tarixinin ən bəxtsiz komandalarından biri hesab olunan niderland üç dəfə final oynasa da, heç vaxt çempion ola bilməyib. “narıncılar” 1974-cü ildə qərbi almaniyaya, 1978-ci ildə argentinaya, 2010-cu ildə isə ispaniyaya məğlub olaraq kubokun bir addımlığında dayanıb.
bundan başqa, çexoslovakiya və macarıstan hərəyə iki dəfə, isveç və xorvatiya isə bir dəfə finala yüksəlsələr də, çempionluq sevinci yaşaya bilməyiblər.
dünya çempionatı tarixində ən çox finala çıxan komandalar almaniya və braziliyadır. almaniya səkkiz, braziliya isə yeddi dəfə final oynayıb. onları altı finalla italiya və argentina, dörd finalla isə fransa izləyir.
dünya futbolunun iki nəhəngi – almaniya və braziliya yalnız bir dəfə finalda üz-üzə gəlib. bu qarşılaşma 2002-ci ildə cənubi koreya və yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında baş tutub və braziliya 2:0 hesablı qələbə ilə beşinci çempionluğunu qazanıb.
qeyd edək ki, çempionat ikinci dünya müharibəsi illərində keçirilməyib.























