bu gün azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması polşanın paytaxtı varşavada təşkil olunan dünya kubokunda daha iki matç keçirəcək.
“arhd.media” xəbər verir ki, ratomir deliçin baş məşqçisi olduğu kollektiv 19:05-də çexiya ilə üz-üzə gələcək.
yığma saat 20:55-də başlayacaq növbəti matçda isə polşa ilə qarşılaşacaq.
qeyd edək ki, a qrupunda yer alan azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda madaqaskarı 21:13 hesabı ilə məğlub edib, niderlanda isə uduzub - 13:19.























