azərbaycanın qadın voleybolçulardan ibarət millisi avropa liqasında mübarizəyə start verir.
“arhd.media” xəbər verir ki, faiq qarayevin baş məşqçisi olduğu kollektiv bu gün isveç yığması ilə üz-üzə gələcək.
görüş gənclər və idman nazirliyinin voleybol mərkəzində, saat 18:00-da başlayacaq.
qeyd edək ki, milli növbəti matçını iyunun 7-də estoniyaya qarşı keçirəcək.






















