2026-cı il dünya çempionatının başlamasına saatlar qalmış keçirilən mətbuat konfransında fifa prezidenti canni infantino təşkilata yönələn tənqidlərə cavab verib.
“arhd.media”nın xəbərinə görə, meksikanın paytaxtı mexiko şəhərində çıxış edən infantino immiqrasiya məhdudiyyətləri, viza problemləri və bilet qiymətləri ilə bağlı sualları cavablandıraraq mediadan diqqəti futbola yönəltməyi istəyib.
fifa rəhbəri abş-nin sərhəd və viza siyasəti ilə bağlı tənqidlərə münasibət bildirərkən təşkilatın hökumətlərin qərarlarına təsir imkanlarının məhdud olduğunu vurğulayıb.
“biz ayda yaşamırıq, yer planetində yaşayırıq. hökumətləri və təhlükəsizlik qüvvələrini idarə edən dünyanın kralları deyilik. biz əlimizdən gələni edən bir idman təşkilatıyıq. bəzən sakitləşmək və rahatlamaq lazımdır. qışqırmaq problemləri həll etmir”, – deyə infantino bildirib.
fifa prezidenti dç üçün indiyədək 6 milyondan çox bilet satıldığını açıqlayıb. o, biletlərin ucuzlaşdırılmasının “qara bazar” satışlarını artıracağını qeyd edərək, əldə olunan gəlirlərin futbolun inkişafına yönəldildiyini bildirib.
infantinonun sözlərinə görə, turnir biletlərinin qiyməti abş-də keçirilən bir çox iri idman tədbirlərinin pley-off mərhələlərindən daha aşağıdır.
abş ilə iran arasında gərgin münasibətlər fonunda iran millisinin turnirdə iştirakının təmin edilməsini fifa-nın uğuru kimi qiymətləndirən infantino prosesə verdiyi dəstəyə görə abş prezidenti donald trampa təşəkkür edib.
fifa rəhbəri trampla yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, onun dəstəyi olmadan abş-də dç-nin təşkilinin daha çətin olacağını bildirib.
infantino media və ictimaiyyəti siyasi mübahisələrdən çox turnirə və futbola diqqət ayırmağa çağırıb. o bildirib ki, fifa qarşıya çıxan problemlərin həlli istiqamətində işlərini davam etdirir.























