bakı, 17 fevral, arhd.media
amb ilə islam inkişaf bankı arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə olunub
azərbaycan mərkəzi bankının (amb) sədri taleh kazımov səudiyyə ərəbistanı krallığına işgüzar səfər çərçivəsində islam inkişaf bankı qrupunun sədri məhəmməd əl-casir ilə görüşüb.
amb-dən arhd.media-a bildirilib ki, görüşdə islam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin texniki yardımlar vasitəsilə bu istiqamətdə ölkədə potensialın artırılmasının təşviq olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






















