Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.


“ARHD.MEDiA”  bu barədə "Report"a istinadən xəbər verir.


09:08


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.


“ARHD.MEDiA”  "Report"a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.


Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.


Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Baxış sayı: 2 921

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə