bakı, 17 fevral, arhd.media
ötən ay azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb
cari ilin yanvar ayında azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.
dövlət gömrük komitəsindən (dgk) arhd.media-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 70,5 faiz çoxdur.
xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon dolları ixracın, 2 milyard 52 milyon dolları isə idxalın payına düşüb. son 1 ildə ixrac 64,8 faiz artıb, idxal isə 79,7 faiz artıb.
nəticədə xarici ticarətdə 986,07 milyon dollarlıq müsbət saldo yaranıb. bu da illik müqayisədə 40,5 faiz çoxdur.






















