ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi qlobal enerji bazarlarında təchizatla bağlı narahatlıqları artırıb.


“ARHD.MEDiA” xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 7,8 faiz yüksələrək, bir barel üçün 95,27 dollara çatıb.


Neft qiymətlərindəki kəskin artıma ABŞ-nin İranın Hörmüzqan əyalətindəki Kuheştek şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirməsi, İranın buna cavab olaraq ABŞ bazalarına hücum etdiyini açıqlaması və Hörmüz boğazında gərginliyin daha da artması səbəb olub.


“Brent” nefti ötən gün 89,12 dollara qədər bahalaşıb və sessiyanı 88,37 dollardan başa vurub.


Eyni zamanda, oktyabr fyuçersləri üçün Qərbi Texas markalı xam neftin (WTI) bir bareli 90,77 dollardan satılıb.

Baxış sayı: 2 077

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə