Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.


“ARHD.MEDiA” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib.


Qeyd edək ki, neftimiz bundan əvvəl 104,20 ABŞ dollarına ticarət edilib.


Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Baxış sayı: 2 194

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə