2026-cı ilin ilk yarısında dövlət büdcəsində 136 layihə üçün nəzərdə tutulan 692 milyon manat vəsait üzrə ödənişə başlanılmayıb.


“ARHD.MEDiA”  Hesablama Palatasına istinadən xəbər verir ki, hesabat dövründə dövlətəsaslı vəsait qoyuluşu xərclərinə bir milyard otuz dörd milyon iki yüz min manat ayrılıb. Bu, təsdiq edilmiş illik məbləğin 38.3%-ni təşkil edib.


Bununla belə, 136 layihə üzrə nəzərdə tutulan vəsaitin ödənişinə başlanılmayıb, 13 sifarişçi təşkilata isə birinci yarımil ərzində, ümumiyyətlə, vəsait ödənilməyib.


Xarici kreditor qurumlarla birgə maliyyələşdirilən layihələrdə də icra səviyyəsi aşağı olub. Bu istiqamətdə nəzərdə tutulan vəsaitin yalnız 13.6%-i maliyyələşdirilib.


Hesablama Palatası bəzi xərc istiqamətləri üzrə aşağı icra səviyyəsinin büdcə intizamının gücləndirilməsini və xərclərin optimallaşdırılmasını zəruri etdiyini qeyd edib.

Baxış sayı: 3 387

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə