astana, 22 fevral, arhd.media
ötən il orta dəhliz ilə daşımaların həcmi 33 dəfə artıb
2025-ci ildə ələt limanında terminalın, almatıda logistika kompleksinin və moskva vilayətinin selyatino stansiyasında yeni crk terminal logistika mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
arhd.media-ın “qazaxıstan dəmir yolu” sc-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu məsələ çin kommunist partiyasının partiya komitəsinin katibi sian fanq honqvey ilə sc-nin rəhbəri nurlan sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.
gələn il svisloç stansiyasında (belarus) və budapeştdə (macarıstan) logistik mərkəzlər və terminallar işə salınacaq.
tərəflər qeyd ediblər ki, 2024-cü ildə sian quru limanından çin-avropa marşrutu üzrə 5000-dən çox qatar göndərilib ki, bu da həmin yol ilə bütün daşımaların 25 faizini təşkil edir və tarixi rekorddur.
trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun (orta dəhliz) əsas qovşağı olan sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində ötən il daşımaların həcmi 33 dəfə artıb.























