socar somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib

bakı, 28 fevral, arhd.media


socar somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib


socar-ın prezidenti rövşən nəcəf somalinin neft və mineral sərvətlər naziri dahir shire mohamed ilə görüşüb.

socar-dan arhd.media-a bildirilib ki, görüşdə cari il fevralın 12-də azərbaycan prezidenti ilham əliyev ilə somalinin prezidenti hasan şeyx mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

söhbət zamanı somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin banm-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Baxış sayı: 4 377

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə