azərbaycan investisiya holdinqi və çin investisiya korporasiyası əməkdaşlıq edə bilər
azərbaycan investisiya holdinqi (aih) və çin investisiya korporasiyası (cic) müxtəlif istiqamətlərdə əməkdaşlığı müzakirə edilib.
"arhd.media" bu barədə aih-ə istinadən xəbər verir.
məlumata görə, qurumun baş icraçı direktoru ruslan əlixanov pekində cic-nin sədri zhang qingsong ilə görüş keçirib. görüşdə qlobal makro-iqtisadi vəziyyət, aih və cic arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.























