azərbaycan və türkiyənin energetika nazirləri iqdırda görüşüb

bakı, 5 mart, arhd.media



azərbaycan və türkiyənin energetika nazirləri iqdırda görüşüb


bu gün iqdır-naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün azərbaycan energetika naziri pərviz şahbazov türkiyəyə səfər edib.

arhd.media türkiyə mətbuatına istinadla xəbər verir ki, pərviz şahbazov qardaş ölkənin enerji və təbii sərvətlər naziri alparslan bayraktar ilə iqdır şəhərində görüşüb.

görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

nəzərə çatdıraq ki, 2023-cü ilin sentyabrında iqdır-naxçıvan qaz kəmərinin təməli prezident rəcəb tayyib ərdoğan və prezident ilham əliyev tərəfindən qoyulub.

bu gün hər iki dost və qardaş ölkənin prezidentləri tərəfindən boru kəmərinin istismara verilməsi mərasimi keçiriləcək.

Baxış sayı: 5 056

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə