bakı, 7 mart, arhd.media
gömrük qaydalarına əməl etmədən gətirilən malların hava limanında toplanması faktı aşkar edilib
hava nəqliyyatında baş gömrük idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dubay-bakı aviareysində paylaşılaraq sərnişinlər vasitəsilə gömrük qaydalarına riayət etmədən ölkəyə gətirilən müxtəlif növ malların hava limanının ərazisində onlardan toplanması faktı aşkar edilib.
dövlət gömrük komitəsindən (dgk) arhd.media-a bildirilib ki, sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı müxtəlif mallar - 7 ədəd “iphone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret, 3 ədəd ştativ hüquqpozma predmeti kimi götürülüb.






















