bakı, 7 mart, arhd.media
azərbaycan kosmik təcrübəsini macarıstanla bölüşüb
azərbaycan kosmik agentliyi (“azərkosmos”) “təlim və konsultasiya” proqramının çərçivəsində macarıstanda təlim keçirilib.
arhd.media qurumun məlumatına istinadla xəbər verir ki, “peyk idarəetmə və yerüstü sistemlər” (satellite control & ground systems) adlı təlim budapeşt şəhərində baş tutub.
tədbir “4ig space & defence technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub, onun tabeliyində olan “hungaro digitel” və “remred” şirkətlərinin mühəndis və rəhbər şəxslərini bir araya gətirərək onlara dəyərli bilik və təcrübə qazandırıb.
“azərkosmos” bu təlimin keçirilməsi ilə təlim və konsultasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da gücləndirir və kosmos sahəsindəki təcrübələrini xarici tərəfdaşlarla bölüşməyə davam edir.
“azərkosmos”un “təlim və konsultasiya” proqramına yerin müşahidəsi və cis həlləri, radiotezliklərin idarəedilməsi, strategiya konsultasiyası və peyk rabitələri kimi kurslar da daxildir.






















