bakı, 11 mart, arhd.media
9-cu istanbul dövlət-özəl tərəfdaşlığı həftəsində iqtisadiyyat nazirliyi mükafata layiq görülüb
türkiyənin ticarət nazirliyinin dəstəyi, türkiyə xarici iqtisadi əlaqələr şurası (deik) və istanbul dövlət-özəl tərəfdaşlığı mükəmməllik mərkəzinin (pppcoe) təşkilatçılığı ilə 9-cu istanbul dövlət-özəl tərəfdaşlığı həftəsi keçirilib.
iqtisadiyyat nazirliyindən arhd.media-a bildirilib ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi sahəsində göstərilən səyləri mükafatlandırmaq məqsədilə türkiyədə artıq 9-cu ildir keçirilən tədbirdə iqtisadiyyat nazirliyi bu sahədə görülən işlərə görə 37 ölkənin aidiyyəti qurumları arasında qalib olaraq mükafata layiq görülüb.
qalibin seçilməsi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib. münsiflər ötən il ərzində qlobal dövlət-özəl tərəfdaşlığı tədbirlərində fəal iştirak, ölkələr arasında ikitərəfli görüşlərin təşkili, məqalələrin, tədqiqat sənədlərinin yayımlanması, dövlət-özəl layihələrinin idarə olunması, təlim proqramlarının təşkili kimi meyarları qiymətləndiriblər.
























