bakı, 24 yanvar, arhd.media
azərbaycan respublikasının prezidenti ilham əliyevin davos iqtisadi forumunda (dif) iştirakı çərçivəsində iqtisadiyyat naziri mikayıl cabbarov socar-ın prezidenti rövşən nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti qordon birrellə görüşüb.
iqtisadiyyat nazirliyindən arhd.media-a bildirilib ki, görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib.
iqtisadiyyat naziri, həmçinin davos iqtisadi forumu çərçivəsində “vestas wind systems a/s” şirkətinin vitse-prezidenti morten dirholm ilə görüşüb. tərəflər yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
forum çərçivəsində təşkil olunan “ticarət və investisiya rəhbərliyi naharı” sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. iqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub.
iqtisadiyyat nazirinin müavini anar axundov “hsa group” şirkətinin idarə heyətinin üzvü fuad hayel saeed anam ilə görüş keçirib. görüşdə azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. aqrar sektor, sənaye və istehsal proseslərində dayanıqlı yanaşmaların tətbiqi və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.





















