bakı, 13 mart, arhd.media

auditorlar palatası, azərbaycan dövlət iqtisad universiteti (unec) və azərbaycan iqtisadçılar ittifaqının birgə təşkilatçılığı ilə “konstitusiya və suverenlik ili”nə həsr edilmiş “maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfrans keçirilib.

arhd.media xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən azərbaycan dövlət iqtisad universitetinin (unec) rektoru ədalət muradov tədbirin əhəmiyyətindən bəhs edib və konfransın işinə uğurlar arzulayıb.

tədbirdə iqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəisi orxan nəzərli “vergi islahatlarının maliyyə nəzarətinin gücləndirilməsinə və özəl sektorda uçot sisteminin bərpasına təsiri, dövlət gömrük komitəsinin sədr müavini natiq şirinov “rəqəmsal gömrük: ticarətin asanlaşdırılması və büdcə dayanıqlılığı kontekstində”, maliyyə monitorinqi xidmətinin idarə heyətinin sədrinin müavini azər abbasov “əl/tmm-ə qarşı mübarizə ölkənin maliyyə təhlükəsizliyinin mühüm amili kimi”, azərbaycan dövlət iqtisad universitetinin (unec) rektoru ədalət muradov “maliyyə təhlükəsizliyi və kadr hazırlığına yeni dövrün çağırışları”, azərbaycan respublikası milli məclisinin deputatı, azərbaycan iqtisadçılar ittifaqının sədri ziyad səmədzadə “azərbaycan respublikasında maliyyə nəzarətinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi məsələləri”, auditorlar palatasının sədri vahid novruzov “audit konstitusiya və suverenlik zəminində”, elm və təhsil nazirliyi idarəetmə sistemləri institutunun şöbə müdiri, amea-nın müxbir üzvü qorxmaz imanov “süni intellektin maliyyə nəzarətində istifadə imkanları”, azərbaycan dövlət iqtisad universitetinin (unec) “maliyyə və audit” kafedrasının müdiri əvəz ələkbərov “maliyyə şəffaflığı, elm və praktikanın vəhdəti: müasir çağırışlar”, azərbaycan respublikası hesablama palatasının şöbə müdiri zaur vəliyev “iqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət auditinin rolu”, azərbaycan respublikası auditorlar palatasının şura üzvü, sərbəst auditor altay cəfərov “özəl sektorun dayanıqlı inkişafında və qanuni mənafelərin qorunmasında auditin rolu”, azərbaycan iqtisadçılar ittifaqının sədr müavini, azərbaycan dövlət iqtisad universitetinin (unec) dosenti elşad səmədzadə “maliyyə nəzarəti konstitusiya hüquqlarının keşiyində”, auditorlar palatasının üzvü, “sr audit solutions” mmc-nin direktoru səftər vəlizadə “qanunsuz yolla əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə müstəqil auditin rolu və vəzifələri”, “bakı metropoliteni” qsc-nin daxili audit departamentinin rəisi elvin hacıyev “dövlət investisiya layihələrinin səmərəliliyinin təmin olunmasında maliyyə nəzarətinin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

konfransda dövlət qurumlarının nümayəndələri, azərbaycan dövlət iqtisad universitetinin (unec) professor-müəllim heyəti, auditorlar palatasının üzvləri və kollektivi, azərbaycan iqtisadçılar ittifaqının nümayəndələri iştirak ediblər.

Baxış sayı: 2 373

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə