bakı, 14 mart, arhd.media
iqtisadi əməkdaşlıq təşkilatının (iqət) baş katibi əsəd məcid xanın rəhbərlik etdiyi nümayəndə heyəti dövlət gömrük komitəsinin sədri (dgk) şahin bağırovla görüşüb.
dgk-dən arhd.media-a bildirilib ki, görüşdə iqət üzv ölkələrin gömrük xidmətləri arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətindən bəhs edilib, eyni zamanda iqət gömrük xidmətləri rəhbərləri şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər - qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair iqət məlumat bazasının yaradılması, gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, iqət regionunda gömrük məsələlərində potensialın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.























