bakı, 17 mart, arhd.media
cari ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 618,6 milyon manatlıq vəsait yönəldilib.
dövlət statistika komitəsindən arhd.media-a bildirilib ki, iki ayda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 32,5 faiz azalıb.
qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 904,9 milyon manat səviyyəsində olub.






















