bakı, 19 mart, arhd.media
“azərbaycan xəzər dəniz gəmiçiliyi” qsc-də (asco) iqlimlə əlaqəli korporativ idarəetmə (climate related corporate governance system - ccg) layihəsinə dair avropa yenidənqurma və inkişaf bankı (ayib) və layihə üzrə məsləhətçi xidməti təqdim edən ernst&young (ey) şirkətinin nümayəndələri ilə görüş keçirilib.
asco-dan arhd.media-a bildirilib ki, görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin asco-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol xəritəsinə dair ətraflı məlumat təqdim olunub.
bundan başqa, görüşdə maliyyə hesabatlarının beynəlxalq standartlarının (ifrs) s1 (davamlılıqla əlaqədar maliyyə məlumatlarının açıqlanması) və s2 (iqlimlə bağlı açıqlamalar) standartlarının tələbləri və bu standartların gələcəkdə tətbiqi imkanları müzakirə edilib.
ccg layihəsi çərçivəsində ayib asco-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına, şirkətin fəaliyyətinin paris sazişinin hədəflərinə uyğunlaşdırılmasına dəstək göstərəcək. eyni zamanda, layihə davamlılıqla əlaqəli maliyyələşdirmə çərçivəsinin (slff) hazırlanmasını nəzərdə tutur ki, bu da asco-nun davamlılıqla əlaqəli kreditlər (sll) və davamlılıqla əlaqəli istiqrazlar (slb) əldə etməsinə imkan yaradacaq.
qeyd edək ki, ayib ccg təsisini yaradan ilk beynəlxalq maliyyə qurumudur. bu layihə iqlim dəyişikliyinin təsirləri ilə bağlı qərar qəbuletmə, bu istiqamətdə məlumatların açıqlanması, idarəetmənin təkmilləşdirilməsi üçün ayib-in tətbiq etdiyi qaydalar, təcrübələr və proseslər toplusudur.


























