
martın 21-də neftin qiyməti artaraq 72 abş dolları ötüb.
arhd.media xəbər verir ki, qiymətlərə abş-nin iranın neft sektoruna qarşı sanksiyaları genişləndirməsindən sonra güclənən tədarükün azalması, eləcə də "opec+" ölkələrində hasilatın artıqlığını kompensasiya etmək planlarının dərci ilə bağlı gözləntilər təsir edir.
bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, londonun “ice futures” birjasında “brent” markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 72,16 abş dolları təşkil edib. bu, əvvəlki günün hərraclarının bağlanış qiymətinə nisbətən 0,16 abş dolları (0,22 %) çoxdur. bir gün əvvəl belə müqavilələrin qiyməti 1,22 abş dolları (1,72 %) artaraq 72 abş dolları/barelə çatıb.
nyu-york əmtəə birjasında (nymex) elektron hərraclarda wti markalı neftin may fyuçersləri isə bu vaxta qədər 0,19 abş dolları (0,28 %) artaraq bir barelə görə 68,26 abş dolları təşkil edib. əvvəlki sessiyanın nəticələrinə görə, onlar 1,16 abş dolları (1,73 %) bahalaşaraq 68,07 abş dolları/barel təşkil edib. bağlanma vaxtı dünən başa çatmış aprel müqavilələri isə 1,1 abş dolları (1,64 %) artaraq 68,26 abş dolları olub.
həftənin əvvəlindən neftin hər iki növü üzrə müqavilələrin dəyəri 2 %-dən çox artıb.























