ötən il azərbaycandan ukraynaya birbaşa xarici investisiyalar 6,021 milyon abş dolları təşkil edib.
bu barədə arhd.media azərbaycan mərkəzi bankına (amb) istinadən xəbər verir.
bu göstərici 2023-cü il səviyyəsindən aşağı olsa da, 2022-ci illə müqayisədə birbaşa yatırılan investisiyalar 74,5 % artıb.
2023-cü ildə azərbaycanın ukraynaya birbaşa investisiyaları kəskin artaraq 23,644 milyon abş dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 33,08 dəfə çoxdur. 2022-ci ildə ukraynadakı müharibə fonunda azərbaycandan investisiyaların həcmi demək olar sıfıra düşüb - 2021-ci illə müqayisədə 95,97 % azalaraq cəmi 715 min abş dolları təşkil edib.
2021-ci ildə azərbaycanın ukraynaya investisiyaları 2,07 dəfə artaraq 17,259 milyon abş dollarına çatıb. 2020-ci ildə pandemiyaya baxmayaraq, onların həcmi 8,567 milyon abş dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,43 dəfə (5,05 milyon abş dolları) çoxdur.
ukraynanın azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalara gəlincə, mərkəzi bankının məlumatına görə, 2020-ci ildə bu investisiyalar 2019-cu illə müqayisədə 20,76 dəfə (5,67 milyon abş dolları) artaraq 5,957 milyon abş dollar təşkil edib. amma amb-nin statistikasında 2021-2024-cü illər üzrə ukraynanın azərbaycana investisiyaları barədə məlumat yoxdur.






















