ifc 2024-cü ildə azərbaycana yatırılan investisiyaların həcmini açıqlayıb
dünya bankı qrupuna daxil olan beynəlxalq maliyyə korporasiyası (ifc) 2024-cü ildə azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon abş dolları məbləğində birbaşa investisiya yatırıb.
bu barədə “arhd.media” azərbaycan mərkəzi bankına istinadən xəbər verir. bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 %-ni təşkil edib.
hazırda ifc azərbaycanda “access bank” və “bank respublika”ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon abş dolları olan 7 layihəni həyata keçirir.
qeyd edək ki, ifc növbəti beş ildə azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyon abş dolları diapazonunda artırmağı planlaşdırır.
xatırladaq ki, son 30 ildə ifc 60-dan çox layihə vasitəsilə azərbaycana 800 milyon abş dollarından çox sərmayə qoyub. ifc-nin kapitalında ölkənin payı 0,12 % (28 852 səhm) təşkil edir ki, hökumət bu səhmlərə görə 21,516 milyon abş dolları ödəyib.
onu da əlavə edək ki, 2024-cü ildə azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard abş dolları (illik 5,83 % artım) təşkil edib.























