ötən il türkiyənin azərbaycana yatırdığı investisiyalar azərbaycanın türkiyəyə yatırımlarını 5 dəfə üstələyib
ötən il türkiyənin azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard abş dolları təşkil edib.
“arhd.media”un azərbaycan mərkəzi bankına istinadən verdiyi məlumata görə, investisiyaların həcmi illik müqayisədə 6,4 % və ya 83,394 milyon abş dolları azalıb.
azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində türkiyə yatırımlarının payı 17,3 % təşkil edir.
öz növbəsində, azərbaycan ötən il türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon abş dolları (-86,28 %) sərmayə qoyub. azərbaycan yatırımlarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 14,1 % təşkil edib.
xatırladaq ki, 2024-cü ildə azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard abş dolları (illik 5,83 % artım) təşkil edib.
2023-cü ildə türkiyədən azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 302 milyon abş dolları, ölkəyə birbaşa investisiyaların ümumi həcmi isə 6 milyard 658 milyon abş dolları olub. bu dövrdə azərbaycan türkiyəyə birbaşa 1 milyard 815 milyon abş dolları investisiya yatırıb, azərbaycanın xarici ölkələrə birbaşa investisiyalarının ümumi həcmi isə 3 milyard 117 milyon abş dollar təşkil edib.






















