azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb
bu ilin yanvar-fevral aylarında azərbaycan 90,63 milyon abş dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"arhd.media” dövlət gömrük komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.
hesabat dövründə azərbaycan həmçinin 0,52 milyon abş dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. bu isə 1 il əvvələ nisbətən 3,1 dəfə azdır.
əczaçılıq məhsulları üzrə idxal azərbaycanın ümumi idxalının 2,19 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
xatırladaq ki, bu ilin yanvar-fevral aylarında azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon abş dolları dəyərində ticarət əməliyyatı aparıb. bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.
xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon abş dolları ixracın, 4 milyard 138,02 milyon abş dolları isə idxalın payına düşüb. son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.























